Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şərqi Zəngəzur və Qarabağın hərtərəfli inkişafı planlı şəkildə həyata keçiriləcək

Şərqi Zəngəzur və Qarabağın hərtərəfli inkişafı planlı şəkildə həyata keçiriləcək

20.08.2021 [15:27]

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında səfərdə oldular. 3260 metr hündürlüyə malik olan Ömər aşırımından Kəlbəcərin əsrarəngiz təbiətini seyr edən Ali Baş Komandan oradan Kəlbəcər şəhərinə gəlib. Cənab Prezidentin işğaldan azad olunmuş torpaqlarımıza mütəmadi səfərlər etməsi bu ərazilərdə aparılan abadlıq-quruculuq işlərinə daha da geniş vüsət verir. Kəlbəcər rayonunun strateji mövqeyini nəzərə alsaq burada tikilən hər bir tunel, su elektrik stansiyası və digər infrastruktur layihələri xalqımız üçün çox əhəmiyyət kəsb edir. Şərqi Zəngəzur və Qarabağ bölgəsində çox böyük “yaşıl enerji” zonaları yaradılacaq ki, bu həm bölgənin ekoloji vəziyyətinə , həm də sosial-iqtisadi durumuna çox müsbət təsir göstərəcəkdir. Əlbətdə ki, yeni tunellərin inşası, yol infrastrukturunun yaxşılaşdırılması gələcəkdə gözəl və səfalı təbiətə malik, çoxlu mineral sularla zəngin olan Kəlbəcər və Laçın rayonlarına əhəmyyətli sayda turistlərin gəlməsinə stimul yaradacaqdır.İşğal zamanı mənfur ermənilər bu əraziləri tamamilə məhv etmiş və bu barbarlığın nişanələri bu gün də bariz şəkildə özünü büruzə verir.

Cənab İlham Əliyevin bölgəyə səfəri çərçivəsində bir sıra yeni layihələrin təməli qoyulmuşdur. Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin, Laçın rayonu ərazisində hava limanının təməlinin qoyulması çox mühüm əhəmiyyətə malikdir. Bu layihələr əsasında Şərqi Zəngəzur və Qarabağın hərtərəfli inkişafı planlı şəkildə həyata keçiriləcək. Laçın rayonunda tikiləcək hava limanı çox böyük strateji əhəmiyyətə malik olacaqdır. Belə ki, bu hava limanından həm mülki, həm də hərbi məqsədlər üçün istifadə etmək mümkün olacaqdır. Dünyanın ən müasir standartlarına cavab verəcək bu hava limanı ölkəmizdə ən hündür aeroport statusuna malik olacaqdır. Bölgəyə gediş-gəlişin və xarici turizmin cəlb olunması üçün çox geniş imkanlar yaradan bu hava limanı Qarabağın sosial-iqtisadi inkişafında çox əvəzsiz töhfələr verəcəkdir. Bundan əlavə Zəngilan və Fizuli hava limanlarının istifadəyə verilməsi ilə gözəl Qarabağımız əvvəlki şan-şöhrətini yenidən özünə qaytaracaq və burada iqtisadi və sosial həyatın daha da canlanmasına səbəb olacaqdır. Eyni zamanda bölgədə su ehtiyyatlarının zənginliyini nəzərə alsaq burada tikilən su elektrik stansiyası, tunellər və avtomobil yolları vəhdət şəkildə ölkəmizin iqtisadiyyatına çox böyük dividentlər gətirəcəkdir. Bölgədəki bütün abadlıq-quruculuq işlərində Türkiyə şirkətləri də aktiv şəkildə iştirak edirlər.

 AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yarıtmaz siyasət nəticəsində Azərbaycanın ən zəngin təbiətə və sərvətə malik olan rayonları erməni işğalçıları tərəfindən təcavüzə məruz qalmışdır. 30 ilə yaxın işğalda olan bu torpaqları ermənilər tamamilə istismar etmiş, sərvətlərimizi vəhşicəsinə talan etmişdilər. Əlbətdə ki bu torpaqların itirilməsinin məsuliyyəti o zamankı “kreslo uğruna mübarizə aparan” yarıtmaz AXC-Müsavat hakimiyyətinin üzərinə düşür. Vətən torpaqları təhlükə altında olan zaman siyasi hakimiyyət paytaxtda söz oyunu oynayaraq millətin taleyinə biganəqalmışdı. Ordunu gücləndirmək əvəzinədaha da zəiflətmiş və nəticədə Qarabağ düşmən tapdağı altına keçmişdir. Tanrımıza şükürlər olsun ki, Ali Baş Komandanın qətiyyətli və sarsılmaz mövqeyi nəticəsində Şanlı Ordumuz bu torpaqlarımızı düşməndən geri almışdır. 30 ilə yaxın sürən diplomatik danışıqlar da bir nəticə verməmişdir. Azərbaycan əsgərinin rəşadəti ilə düşmən bu torpaqlardan qovulmuşdur. Bu gün Qarabağ azaddır, bu gün Azərbaycan vətəndaşı sərbəst şəkildə öz ata-baba torpaqlarına səfər edə bilir, əcdadlarının qəbirlərini ziyarət edir, onların ruhlarını şad edir. Dünyada vətən torpağına qovuşmaqdan böyük bir xoşbəxtlik varmı? Azərbaycan xalqının 30 illik həsrəti cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasət nəticəsində sona yetdi. Xalqın öz dövlətinə, dövlətçiliyinə etimadı, sevgisi tükənməzdir.

Gələcək nəsillərə bu tarixi çatdırmaq üçün elm adamları kitablarda Zəngəzurda və Qarabağda olan yer adlarının toponimikasını dəqiq şəkildə yazmalı və gələcək nəsillər də bunu əxzetməlidirlər. Tarixi yaşatmasaq o unudulacaqdır.Qədim Azərbaycan torpaqları olan Zəngəzura xalqımız zamanla qayıdacaq və bu onların ən doğalhaqqlarından biridir. Tarixi ədalətsizlik nəticəsində öz torpaqlarından qovulan millətimizin yenidən bu torpaqlara qayıdışı tarixi bir hadisə olacaqdır. Ermənilərin özləri haqqında yaratdıqları “qüdrətli ordu” mifi iflasa uğramışdı. Çünki bu ordu 44 gün ərzində Müzəffər Ordumuz tərəfindən darmadağın edilmişdir. Ermənilər tarixdə olduğu kimi ancaq fırıldaq, riyakarlıq və avantürist işlər görməyi bacarırlar. Onların ənənəvi peşəsi oğurlamaqdır. Azərbaycanlılara qarşı törətdikləri maddi və mənəvi terrorlara görə mənfur ermənilər tarix qarşısında və beynəlxalq ictimaiyyət qarşısında cavab verməli olacaqlar. Meşələrimizi, təbii sərvətlərimizi, məscidlərimizi, tarixi abidələrimizi, el-obamızı tamamilə məhv edən, onu talayaraq xarici havadarlarının köməyi ilə bizim torpaqlarımızda 30 ilə yaxın işğalçılıq edən Ermənistana tarixi dərs verilib. Ermənistan artıq məğlub və rəzil bir ölkədir. Heç kimə sirr deyil ki, bölgənin ən qüdrətli orduya malik dövləti Azərbaycandır. Bundan sonra bizim sərhədlərimizə Ermənistan tərəfdən bircə güllə atılsa onun qarşılığını beş misli ilə alacaqdır.

Arzu Abdullayev,

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Paylaş
Baxılıb: 238 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31