Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qarabağda dirçəliş dövrü yaşanır

Qarabağda dirçəliş dövrü yaşanır

20.08.2021 [17:16]

Qalib lider olaraq Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərinə bir neçə aspektdən baxdıqda  starteji əhəmiyyət kəsb etdiyini, xüsusilə Ermənistanın sərhəddə törətdiyi təxribatlar fonunda ikiqat əhəmiyyət daşıdığını görərik. Ölkə başçımız çıxışı zamanı hazırkı vəziyyəti dərindən təhlil edərək ölkəmizin prinsipial mövqeyini bir daha bəyan etdi. Cənab Prezident işğalçı dövlətə və havadarlarına konkret mesajlar ünvanlayaraq bildirdi ki, “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik”. Müzəffər Azərbaycan Ordusu sərhəddə müxtəlif təxribatlarla fəallaşmağa çalışan düşmənə hər addımda Vətən müharibəsində yaşadığı rüsvayçı aqibəti xatırladaraq, əl atdığı bütün təxribatların qarşısını qətiyyətlə alır. Görünür ki, 44 günlük Vətən müharibəsindən özlərinə dərs çıxarmayan, ordusu darmadağın olan Ermənistanın revanş hisslərinə qapılması, sərhəd təxribatlarına, 10 noyabr Bəyanatını pozmağa çalışması kimi cəhdləri ilə özlərini dünya miqyasında bir daha biyabır edirlər. Bəli bu bir həqiqətidir ki, cəmi 44 gün davam edən  müharibədə erməni mifologiyası da tamamilə məhv oldu. Reallıq həm də ondan ibarət oldu ki, təkcə işğalçı Ermənistan deyil həm də onu himayə edən bəlli mərkəzlər süquta uğradı. Nəticədə işğalçı ölkə kapituliyasiya aktına imza atmağa məcbur oldu, Xocalıda dinc sakinləri qətlə yetirən R.Koçaryan, S.Sarkisyan, S.Ohanyan kimi canilər 44 günlük müharibə dövründə qaçdılar, gizləndilər, Azərbaycan Silahlı Qüvvələri “yenilməz erməni ordusu” mifini məhv edərək təcavüzkara layiqli dərs verdi. İşğalçı ölkə ilə yanaşı bütün dünya müasir silahın gücünün, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı və cəsarətinin, vətənpərvərliyinin şahidi oldu. Rəşadətli ordumuz 44 gündə işğalçıları torpaqlarımızdan qovmaqla yanaşı, erməni ordusunun yenilməzliyi haqqında mifi şam kimi əritdi. Bu zərbələrin parlaq nümunəsi isə çoxəsrlik tariximizdə bənzərsiz zəfərimizin rəmzi olan Hərbi Qənimətlər Parkıdır.

Artıq miflərin darmadağın edildiyi, haqq-ədalətin qalib gəldiyi yeni bir dövrdəyik. Öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın artıq doğma yurd yerlərinə qayıdışı arzularının reallaşdığı, 30 il ərzində düşmənin çapıb-taladığı, darmadağın etdiyi bu bölgəyə yeni həyatın, nəfəsin, dirçəlişin qayıtdığı bir dövürdəyik. Bu gün Qarabağa səfər edən nümayəndələri, qeydə alınan görüntüləri görən dünya ictimaiyyəti bu bölgənin bir zamanlar nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın dilbər güşəsi olduğuna inana bilmirlər.  İşğal dövründə ermənilər maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsində İslam mədəniyyətinə aid olan bütün muzeyləri, məscidləri, abidələri dağıdıb. Təkcə İslam mədəniyyətinə aid abidələrlə yanaşı, digər abidələri də məhv edib, talayıb ya da saxtalaşdırmağa çalışıblar. Əlbəttə, bütün bu dağıntılar məqsədli şəkildə edilib. Talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Bu mənfur millət tarixi torpaqlarımızda, azərbaycanlılara aid tarixi mirasları viran qoymaqla azərbaycanlıların bu ərazidəki mədəni kimliyinin itirilməsi məqsədini güdüb. Bu torpaqlarda bütün milli izlərimizi silməyə çalışıblar. Sərhəd tanımayan erməni vandallığına torpaqlarımız işğaldan azad olunandan sonra dəhşətli mənzərə: meşələrin qırılması, yandırılması, Oxçuçaya qarşı ekoloji terror törədilməsi ilə şahid olduq. Bunlar təkcə Azərbaycana deyil, ümumilikdə təbiətə qarşı bəşəri cinayətdir. Azad olunmuş ərazilərə səfər edən nümayəndələr uzun illər işğal altında saxlanılan doğma torpaqlarımızda ermənilərin törətdikləri vandalizmi, barbar əməlləri yerindəcə öz gözləri ilə görürlər. Əlbəttə ermənilərin dağıdıcılıq əməlləri isə cavabsız qalmayacaq. Ermənistan illərlə törətdiyi başqa cinayət əməlləri kimi, bu dağıntılara görə də cavab verməli olacaq.

Artıq Qarabağda dirçəliş dövrü yaşanır. Ağdam şəhərinin Baş Planının təsdiqlənməsi yaxın aylarda digər şəhərlərin baş planlarının təqdimatı da məhz bu həqiqəti ifadə edir. Cənab Prezidentin Kəlbəcər və  Laçın rayonlarına səfəri zamanı orda infarstruktur layihələrin əsasının qoyulması isə o deməkdir ki, biz artıq milli prioritetlərimizə uyğun olaraq işğaldan azad etdiyimiz ərazilərdə davamlılıq niyyətimizi ortaya qoyuruq. Sözügedən rayonlarda  istifadəyə verilən, əsası qoyulan infrastruktur layihələri Böyük Qayıdış Strategiyasının nə qədər uğurla icra olunduğunu əyani şəkildə sərgilədi. Belə ki, Kəlbəcər və Laçın rayonları, Şərqi Zəngəzur regionunda sistemli və ardıcıl işlərin aparılması, regionda yarımstansiyanın fəaliyyətə başlaması, su elektrik stansiyasının tikintisi, Laçın rayonunda Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən beynəlxalq hava limanının, iki tunelin təməlinin qoyulması, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında pilot kəndlərin seçilməsi, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlərin yerləşməsi isə az müddət sonra bu ərazilərdə həyat səviyyəsinin daha da yüksələcəyinə işarədir. Bölgədə nəqliyyat, logistika infrastrukturunun formalaşması bu bölgəyə investorların gəlişini stimullaşdıracaq, əhalinin bölgəyə qayıdışı üçün imkanlar yaradacaq, məskunlaşma prosesi sürətlənəcək və iqtisadiyyatın bərpasına öz dəstəyini verəcəkdir. Bu baxımdan postkonflikt dövründə xüsusi məsələlərdən biri Azərbaycanın bütün bu məsələləri öz vəsaiti hesabına həyata keçirməsidir. Bu gün erməni xalqı Azərbaycanın bölgəyə qayıtması, öz tarixi torpaqlarını işğaldan azad etməsi və nəticədə onların uzun illər ərzində qura bilmədiyi infrastruktur şəraitinə bir neçə ay ərzində nail olduğunun şahid olur.

Şəbnəm Eldarova,

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

Paylaş
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31