Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Magistratura üzrə II turda uğur qazananların elektron qeydiyyatı sabah başa çatır

Magistratura üzrə II turda uğur qazananların elektron qeydiyyatı sabah başa çatır

23.08.2021 [10:34]

Ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanında uğur qazanmış şəxslərin (Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş əlavə yerləşdirmə çərçivəsində ixtisas seçimində uğur qazanmış) elektron qaydada təhsil müəssisələrinə qeydiyyatı sabah başa çatır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeydiyyat prosesi avqustun 24-ü saat 23:59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq.

Müraciət üçün portal.edu.az-da qeydiyyatdan keçmək, yaradılan kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim edilməsi və təhsil haqqının icra edilməsi mümkün olur.

Müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, ödənişli əsaslarla qəbul olanlar sosial güzəşt, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.

Paylaş
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31