Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Yolumuz Qarabağadır” adlı layihə həyata keçirilib

“Yolumuz Qarabağadır” adlı layihə həyata keçirilib

23.08.2021 [10:35]

Kürdəmir Regional Mədəniyyət İdarəsi əhatə etdiyi Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonları üzrə şəhid övladları üçün “Yolumuz Qarabağadır” adlı layihə gerçəkləşdirib.

Regional mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, layihə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan döyüşçülərin davamçılarının - övladlarının vətənpərvərlik ruhunda tərbiyəsinin istiqamətləndirilməsinə kömək göstərmək, mədəniyyət sahəsi üzrə bilgilərini formalaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili məqsədilə reallaşdırılıb. Layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər keçirilib.

İki gün davam edən layihənin birinci günü - avqustun 21-də Füzuli rayonuna səfər olub. Rayon Heydər Əliyev Mərkəzinə və Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil edilib. Füzuli rayon Muğam Mərkəzində baş tutan “Qiraət saatı”nda tanınmış aktyor, qiraətçi Kamal Yaşar uşaqlar üçün oxu dəqiqələri keçirib. Psixoloqlar Aynur Xudanlı və Ləman Səfərova uşaqlarla fərdi və qrup şəklində psixoloji konsultasiya aparıb, onların arasında psixoloji oyunlar təşkil ediblər.

Layihənin ikinci günündə - avqustun 22-də Beyləqan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənclik” teatrının ifasında xüsusi olaraq uşaqlar üçün hazırlanmış tamaşa nümayiş olunub. Şəhid övladlarının “Səfər xatirələrim” adlı şifahi mini-esseləri dinlənilib. Kamal Yaşarın iştirakı ilə “Qiraət saatı” gerçəkləşdirilib. Daha sonra Cocuq Mərcanlının “Qayıdış” parkında əyləncəli oyunlar təşkil olunub.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.

“Yolumuz Qarabağadır” adlı layihəyə Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi beş rayondan olan 8-14 yaşlı 17 nəfər şəhid övladı qatılıb.

Paylaş
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31