Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

23.08.2021 [11:38]

Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qroznı şəhərinə yola düşüb. İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfərin əsas məqsədi bu gün, avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 70-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak etməkdir.

QMİ-nin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri – Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftiləri ilə görüşüb. Səmimi dostluq şəraitində keçən görüşdə Çeçenistan Respublikasının birinci prezidenti Əhməd Kadırovun məzarını birgə ziyarət etdikdən sonra Şuranın iclasını keçirmək qərarlaşdırılıb.

Paylaş
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31