Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Göyçay rayon təşkilatının IX hesabat konfransı keçirilib

YAP Göyçay rayon təşkilatının IX hesabat konfransı keçirilib

23.08.2021 [15:12]

Avqustun 23-də Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.

Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 29 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək əhəmiyyətli uğurlara imza atıb. Partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik Azərbaycan, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti ölkəmizin bu gününü və gələcək taleyini müəyyən edib.

S.Şükürov deyib ki, YAP Göyçay rayon təşkilatının 88 ərazi ilk partiya təşkilatında 7827 üzv birləşib. Rayon təşkilatı üzvlərinin 4576 nəfəri qadınlar, 1144 nəfəri isə gənclərdir. VIII konfransdan keçən dövr ərzində rayon təşkilatı sıralarına 516 nəfər daxil olub ki, onlardan 274 nəfərini qadınlar 318 nəfəri isə gənclər təşkil edir.

Sonra YAP Göyçay rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Sərxan Vəliyevin hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev, YAP Göyçay rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Əhmədov, rayon təşkilatının sədr müavini, Göyçay rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin Baş həkimi Ləman Hacıyeva, Göyçay şəhər 4 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədr müavini Firəngiz Məmmədyarova, Ləkçıplaq Kənd İnzibati Ərazi Nümayəndəliyi yanında ərazi ilk partiya təşkilatının sədri Aydın Əliyev hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir.

Ə.Tağıyev vurğulayıb ki, bu gün Azərbaycan tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxan Azərbaycan dövləti böyük Zəfər günlərini qeyd edir. Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Vətən müharibəsindən qalib çıxan Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa edib. Bu uğurlarda YAP üzvlərinin də böyük payı var. YAP aparıcı siyasi qüvvə kimi yarandığı ilk gündən bütün qüvvə və bacarığını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli tövhəsini verib. Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin Prezident İlham Əliyev tərəfindən son 18 ildə uğurla davam etdirilməsi nəticəsində istər ölkəmizin, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başlayıb.

Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunan qərarlardan, qarşıya qoyulan vəzifələrdən geniş bəhs edən Ə.Tağıyev YAP Göyçay rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Göyçay rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Paylaş
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31