Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Teymur Musayev: Azərbaycanda koronavirus əleyhinə vaksin ehtiyatı kifayət qədərdir

Teymur Musayev: Azərbaycanda koronavirus əleyhinə vaksin ehtiyatı kifayət qədərdir

23.08.2021 [15:19]

Son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayındakı kəskin artım virusun “delta” ştamının 30 faiz daha sürətlə yayılması ilə əlaqədardır. Ölkəmizdə COVID-19-un istənilən dalğası ilə əlaqədar epidemioloji vəziyyətə uyğun tədbirlər görmək mümkündür. Bunun üçün kifayət qədər çarpayı fondu, müasir tibbi avadanlıqlar, müalicə üçün dərmanlar, digər vasitələr və ən əsası, həkim və mütəxəssislər var. COVID-19 xəstələri üçün 10 mindən çox çarpayı fondu mövcuddur. Hazırda həmin çarpayı fondunun 50 faizindən az hissəsindən istifadə edilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.

Azərbaycanda mövcud olan peyvənd ehtiyatından danışan nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzu və uzaqgörən siyasəti nəticəsində ölkəmizə kifayət qədər koronavirus əleyhinə peyvənd gətirilib: “Peyvənd tədarükü hələ də davam etdirilir. Hər bir vətəndaşın sərbəst vaksin seçim imkanı var. Azərbaycanda dünyada mövcud olan peyvənd platformalarında hazırlanan vaksinlərdən - ənənəvi formada hazırlanan “CoronaVac”, vektor platformada hazırlanan “Sputnik V” və “AstraZeneca”, mRNT platformasında hazırlanan “Pfizer”dən istifadə etmək mümkündür. Vaksinlərin effektivliyi isə təxminən eynidir və onlar peyvənd olunan şəxsi xəstəliyin ağır gedişindən qoruya bilir. “Delta” ştamının sürətli yayılması ilə əlaqədar əhali vaksinasiyanın əhəmiyyətini dərk etməyə başlayıb. Hər gün peyvənd məntəqələrində yüksək axın müşahidə edilir. Azərbaycanda koronavirus əleyhinə vaksin ehtiyatı kifayət qədərdir. Əhalinin hətta 3-cü buster (qüvvətləndirici) doza ilə vaksinasiyadan keçməsi üçün kifayət qədər peyvənd var”.

O, saxta vaksin sertifikatı məsələsinə də münasibət bildirib: “Saxta vaksin sertifikatını əldə edən vətəndaş və onu verən tibb işçisi sanki “ölüm lotereyası” ilə oynayır. Həmin lotereyanın biletini əldə etməklə vətəndaş nəinki özünü, həm də ətrafdakıları və ailə üzvlərini də təhlükəyə atır. Ona görə də bununla nə səhiyyə, nə də başqaları, yalnız hüquq-mühafizə orqanları məşğul olmalıdır”.

Paylaş
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31