Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ANAMA: Ötən həftə 147 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

ANAMA: Ötən həftə 147 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

23.08.2021 [17:01]

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, avqustun 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 110, tank əleyhinə 2 mina və 54 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 147 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Paylaş
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31