Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə davamlı olaraq ordu quruculuğu həyata keçirilir

Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə davamlı olaraq ordu quruculuğu həyata keçirilir

23.08.2021 [17:36]

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Cavid Osmanov

Prezident İlham Əliyevin Türkiyənin məşhur CNN Türk kanalına verdiyi müsahibə ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərin Ali Baş Komandan tərəfindən geniş formada təhlilini, eyni zamanda post-münaqişə dövründə qarşıda daynan hədəflər, ərazilərin bərpası və yenidən qurulması işləri haqqında planları özündə ehtiva edir. Məhz bu səbəbdən də cənab Prezidentin CNN Türk kanalına müsahibəsi həm ölkə ictimaiyyəti, həm də xarici mətbutda böyük maraqla qarşılanıb.

Ölkəmizin 20 faiz ərazisi 30 ilə yaxın  müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanıldı. Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olsa da Ermənistan sülhdə maraqlı olmadı və işğalçılıq mövqeyindən əl çəkmək istəmədi. Münaqişənin sülh yolu ilə həll olunmasında mandant almış ATƏT-in Minsk Qrupunun da səmərəsiz fəaliyyəti, eyni zamanda münaqişənin həll olunmasında maraqlı olmaması Ermənistanı işğalçılıq mövqeyində qalmağa sövq edirdi. Prezident cənab İlham Əliyev hər zaman qeyd edirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır, lakin bu o demək deyil ki, səmərəsiz danışıqlar prosesi bu formada davam edəcəkdir. Bu müddət ərzində cənab Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə davamlı olaraq ordu quruculuğu həyata keçirildi, Silahlı qüvvələrimizin arsenalı ən müasir silah-texnikalarla zənginləşdirildi. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, məqsədyönlü və düşünülmüş siyasətinin nəticəsi olaraq qiymətləndirilir.

27 sentyabrda başlanan Vətən müharibəsinə qədərki ərəfədə Ermənistan tərəfi məqsədli şəkildə dövlət sərhəddində davamlı olaraq təxribatlar törədir, ölkəmizə qarşı yeni ərazilər uğrunda yeni müharibələr açıqlamaları ilə danışıqlar prosesinin sənərəsiz və nəticəsiz olduğunu nümayiş etdirirdilər. Məhz Vətən müharibəsi də 27 sentyabrda Ermənistan tərəfindən növbəti təxribat cəhdlərinin qarşısının alınması ilə başlamış oldu. Çünki artıq belə davam edə bilməzdi.

Müharibənin ilk günlərində bəziləri görən dayanacaqlarmı, dayanmayacaqlarmı,  dayandıracaqlarmı, dayandırmayacaqlarmı  deyə düşünürdülər. Lakin müharibə davam etdikcə hər kəs gördü ki, Azərbaycanı heç kəs dayandıra bilməz. Müharibənin ilk günlərində cənab Prezident İlham Əliyev xalqa müraciətlərində və xarici mediaya verdiyi müsahibələrində qətiyyətli formada qeyd edirdi ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi  dövlətimizin suveren haqqıdır. Cənab Prezidentin bu bəyanatları onun qətiyyətli bir siyasətçi olduğunu bir daha nümayiş etdirməklə yanaşı xalqımızın hər bir nümayəndəsi üçün vətənpərvərlik nümunəsi oldu. Xalqımızın yekdil həmrəyliyi ilə  Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun sayəsində 44 gün ərzində möhtəşəm Zəfər əldə olundu. Artıq münaqişə bitib və Azərbaycan qalib ölkə olaraq işğaldan azad etdiyi ərazilərində bərpa-quruculuq işlərinə  başlayıb. Azərbaycan münaqişədə deyil, sülh və əməkdaşlıqda maraqlı olduğu üçün bölgədə kommunikasiyaların açılmasına çalışır və bu məsələlərdə də qətiyyətli mövqeyi ilə seçilir. Baxmayaraq ki, Ermənistan 30 il boyunca işğalda saxladığı ərazilərimizdə dağıdıcılıq, talançılıq əməlləri ilə məşğul olub. 44 günlük hərbi əməliyyatlardan sonra ağır məğlubiyyətlə üzləşən Ermənistan bu gün də sülh danışıqlarında, sərhədlərin demarkasiyası və delimitasiyası prosesində, həmçinin Zəngəzur dəhlizi də daxil digər kommunikasiyaların açılmasında maraqlı olmadığını, əksinə proseslərin inkişafına əngəl törətməyə çalışdığını öz təxribatcıl əməlləri ilə nümayiş etdirir. Bütün bunlar isə Ermənistanın 30 ildə radikal millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiyanın təsiri altında formalaşmış psixoloji duruma malik olmasından və bu mifik ideologiyanın cəmi 44 gün ərzində darmadağın olduğundan xəbər verir.

Əslində kommunikasiya vasitələrinin açılmasında Ermənistan daha çox maraqlı olmalı və düşmüş olduğu acınacaqlı durumdan çıxmağa çalışmalıdır. Lakin işğalçılıq mövqeyindən əl çəkə bilməmək bu ölkəni hər ötən gün bir qədər də uçuruma doğru aparmış olur. Ermənistandan fərqli olaraq Azərbaycan isə sülh və əmədaşlıqda, regionda davamlı təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Bu baxımdan Zəngəzur dəhlizi xüsusi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin açılması ilə region ölkələri  yeni iqtisadi imkanlar qazanmış olacaqlar ki, bununla da bölgədə sülh və təhlükəsizlik mühiti formalaşmış olacaq. Cənab Prezident İlham Əliyev CNN Türk kanalına müsahibəsində bütün bu məqamlara bir daha aydınlıq gətirməklə bərabər Ermənistana  növbəti dəfə xəbərdarlıq etmiş oldu.

Paylaş:
Baxılıb: 379 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30