Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan ikitərəfli və regional əməkdaşlıqda Ukraynanın mövqelərini dəstəkləməkdə maraqlıdır

Azərbaycan ikitərəfli və regional əməkdaşlıqda Ukraynanın mövqelərini dəstəkləməkdə maraqlıdır

24.08.2021 [09:56]

Azərbaycan həm ikitərəfli, həm də regional əməkdaşlıqda və ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində demək olar ki, bütün məsələlərdə və sahələrdə Ukraynanın mövqelərini dəstəkləməkdə maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın Dövlət Müstəqilliyinin 30 illiyi münasibətilə bağlı “Ukrinform” informasiya agentliyinə açıqlamasında Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova söyləyib.

Səfir bildirib ki, hər şeydən əvvəl hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması, pandemiya ilə mübarizə, ekologiya, nəqliyyat, mədəni irsin qorunması, hərbi-texniki əməkdaşlıq prioritet fəaliyyətimizdir. Ölkələrimizin qarşılıqlı faydalı coğrafi mövqeyi, Xəzər və Qara dəniz hövzəsi ölkələri arasında və ondan kənarda güclü iqtisadi və nəqliyyat əlaqəsinin qurulmasına, nanotexnologiya sahəsində əməkdaşlığın inkişafına və əlbəttə ki, GUAM çərçivəsində səmərəli fəaliyyətə öz töhfəsini verir.

Elmira Axundovanın sözlərinə görə, Azərbaycanın xarici investisiyaların cəlb edilməsi, bölgələrin sosial-iqtisadi inkişafı üçün orta müddətli proqramların yaradılması, siyasi sabitliyi təmin edilməsi və güclü mərkəzləşdirilmiş hökumət yaradılması milli iqtisadiyyatın davamlı inkişafı, ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün vahid bir fikir ətrafında milli konsolidasiyanın yaradılması, çoxmədəniyyətli, tolerant bir dövlətin qurulması, güclü ordunun formalaşdırılması və digər bu kimi sahələrdə əldə etdiyi təcrübə Ukrayna dövlətinin güclənməsi üçün faydalı ola bilər.

Məqalədə, həmçinin mövzu ilə bağlı Türkiyə, Çin, ABŞ, Almaniya, Fransa, Yaponiya, Litva və digər ölkələrin Ukraynadakı səfirlərinin də fikirləri yer alıb.

Xatırladaq ki, avqustun 24-ü Ukraynanın dövlət müstəqilliyinin 30 illiyi qeyd olunacaq. Bayram tədbirlərində Milli Məclisin Sədrinin müavini Adil Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Paylaş
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31