Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Təbiəti məhv edilən, evləri dağıdılan, qəbiristanlığı yerlə-yeksan olunan Məmmədbəyli kəndi

Təbiəti məhv edilən, evləri dağıdılan, qəbiristanlığı yerlə-yeksan olunan Məmmədbəyli kəndi

24.08.2021 [14:26]

Otuz ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarında erməni vandalizminin izləri saymaqla bitmir. Hər tərəfdə erməni vəhşiliyinin izlərinin şahidi oluruq. İşğaldan azad olunan Zəngilana səfərimiz zamanı bir daha erməni faşizmindən geriyə qalan izlərlə rastlaşdıq.

AZƏRTAC-ın bölgə müxbiri Zəngilana səfər edərək, erməni vəhşiliyinin izlərini qeydə alıb. Müxbirimizin təəssüratlarını təqdim edirik.

Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü zamanı azad etdiyi tarixi torpaqlarımıza doğru səfərə çıxırıq. İstiqamət Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunadır. Bizi yol boyu təhlükəsizliyin təmin olunması üçün ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edirdi.

Polis əməkdaşı bizi qədim türbənin yerləşdiyi Məmmədbəyli kəndinə tərəf apardı. Kənd boyu dağılan evlər, məhv edilmiş flora və fauna erməni vandalizimindən xəbər verirdi. Kənddə bir tək salamat qalan tikili isə Məmmədbəyli türbəsidir. Bizimlə yol yoldaşı olan Elmlər Akademiyasının aparıcı elmi işçisi Şakir Albalıyev həmin türbənin tarixindən söhbət açaraq bildirdi ki, Azərbaycan ərazisində belə türbələr zəngindir. Bunlardan biri də Zəngilan rayonunun Məmmədbəyli kəndi ərazisindədir. Pramidal formada səkkizguşəli olan və tarixi XIV əsrə çıxan türbə Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə inşa olunub.

İşğal ərəfəsində türbə erməni vandalizminə məruz qaldığı üçün bir çox yerlərində dağıntılar var. Lakin türbə erməni vandalizminə boyun əyməyərək öz əzəmətini qoruyub saxlayıb, bu günə qədər salamat qalıb.

Türbənin qədim Azərbaycan abidəsi olduğunu göstərən faktlardan söhbət açan müsahibimiz bildirdi ki, Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə daha çox bənzəyir. Tikilinin səkkiz guşə olması isə bu yerlərin əzəli və əbədi Azərbaycan torpaqları olduğunu bir daha təsdiqləyir.

Məmmədbəyli türbəsində çəkilişimizi yekunlaşdırdıqdan sonra yolumuza davam edən zaman daha dəhşətli bir mənzərə ilə rastlaşdıq. Bizi müşayiət edən polis əməkdaşı avtomobili yolun kənarında saxlayaraq yoxuş bir yeri işarət etdi və bu yerin nə olduğunu bizə təsvir etməyi söylədi. Lakin ərazidə heç bir iz olmadığı üçün hər hansı bir fikir söyləyə bilmədik. Aldığımız cavabdan isə donub qalmışdıq. Çünki həmin ərazi vaxtilə Məmmədbəyli kəndinin qəbiristanlığı olub. Lakin işğal ərəfəsində digər ərazilər kimi bu qəbiristanlıq da yerlə-yeksan edilib. Qəbiristanlıqdan heç bir əsər əlamət belə qalmayıb. Bu faktın özü belə Azərbaycanın necə bir faşizmlə üz-üzə olduğunu təsdiqləyir. Düşmən üçün heç bir dini dəyərlər, onlara sayğı mövcud deyil.

Lakin çox keçməyəcək ki, viran qoyulmuş bu torpaqlarda bitən ağaclar, güllər yenidən çiçəkləyəcək, bir-birindən gözəl evlər tikiləcək, hər tərəfdə toy-büsat məclisləri qurulacaq.

Paylaş
Baxılıb: 272 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31