Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Misir-Çin Universiteti ADNSU ilə sıx əməkdaşlıq etmək niyyətindədir

Misir-Çin Universiteti ADNSU ilə sıx əməkdaşlıq etmək niyyətindədir

24.08.2021 [14:26]

Qahirədə yeni açılmış Misir-Çin Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bunu universitetin açılışı münasibətilə keçirdiyi mətbuat konfransında rektor, Misirin sabiq ali təhsil naziri Əşrəf Əl-Şeyxi söyləyib. O bildirib ki, hazırda Misir-Çin Universitetində 4 fakültə fəaliyyətə başlayıb, yaxın vaxtlarda isə daha 10 fakültənin açılması nəzərdə tutulur. Rektor qeyd edib ki, ali təhsil ocağının ən mühüm tədris istiqamətlərindən biri neft-qaz sahəsi olacaq. O vurğulayıb: “Misir və Yaxın Şərq ölkələri üçün zəruri olan bu sahədə yüksək səviyyəli kadrların yetişdirilməsi işində dünyanın qədim neft ölkəsi olan Azərbaycanın müvafiq universiteti ilə əməkdaşlıq etməyi nəzərdə tuturuq. Oradakı müəllimlərin təcrübəsindən və maddi-texniki bazasından istifadə etmək bizim üçün faydalı olacaq”.

Rektor Əl-Şeyxi əlavə edib ki, COVID-19 pandemiyası şəraitində daha geniş yayılan distant təhsil dünyanın nüfuzlu universitetləri, o cümlədən Azərbaycanın göstərilən ali təhsil ocağı ilə virtual əməkdaşlığa böyük imkanlar yaradır.

Paylaş
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31