Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın daimi nümayəndəsi etimadnaməsini BMT-nin Cenevrə bölməsinin Baş direktoruna təqdim edib

Azərbaycanın daimi nümayəndəsi etimadnaməsini BMT-nin Cenevrə bölməsinin Baş direktoruna təqdim edib

24.08.2021 [16:51]

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Qalib İsrafilov etimadnaməsini BMT-nin Cenevrə bölməsinin Baş direktoru Tatyana Valovayaya təqdim edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın daimi nümayəndəsi səfir Qalib İsrafilov avqustun 24-də BMT-nin Cenevrə şəhərindəki bölməsinin qərargahında təşkilatın Baş direktoru Tatyana Valovayaya ilə görüşüb.

Təşkilatın Baş direktoru Azərbaycanın daimi nümayəndəsinin etimadnaməsini qəbul edib.

BMT-nin Cenevrə bölməsinin rəsmi internet səhifəsində Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilovun indiyədək olan diplomatik fəaliyyəti barədə ətraflı məlumat yerləşdirilib.

Paylaş
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31