Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Ucar rayon təşkilatının IX hesabat konfransı keçirilib

YAP Ucar rayon təşkilatının IX hesabat konfransı keçirilib

24.08.2021 [16:52]

Avqustun 24-də Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.

Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, ulu öndər Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirilən tarixi Zəfərimiz Azərbaycan xalqının necə məğrur, yenilməz xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi.  Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli Azərbaycan Ordusu yeni tarix yazmaqla ölkəmizin qarşısında yeni imkanlar yaratdı.

Ş.Abdullayeva qeyd edib ki, YAP Ucar rayon təşkilatı partiyamızın VII Qurultayında qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini vermək üçün bütün qüvvə və bacarığını səfərbər edib.  

Ucar rayon təşkilatının sədri vurğulayıb ki, hazırda YAP Ucar rayon təşkilatının 68 ərazi ilk partiya təşkilatı özündə 3974 üzvü birləşdirir. Onlardan 2488 nəfəri qadınlar, 992 nəfəri isə gənclərdir. 

Sonra YAP Ucar rayon təşkilatının Nəzarət Təftiş Qrupunun üzvü Fuad Bəbirxanovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı çıxış edən YAP Ucar rayon təşkilatı İdarə Heyətinin üzvü, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatı Ramil Həsən, rayon təşkilatının Şura üzvləri - təşkilatın Qadınlar Şurasının sədri Yaqut Zeynalova və rayon təhsil şöbəsinin metodisti Rəna Qasımova, rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Məmmədov hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çıxış edərək bildirib ki, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin əsəri olan YAP-ın siyasəti xalqın iradəsinə əsaslanır.

Ə.Tağıyev Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunan qərarlardan geniş bəhs edərək bildirib ki, dövlət başçısı, Partiyamızın Sədri cənab İlham Əliyevin nitqində səsləndirdiyi fikirlər, qarşıya qoyulan vəzifələr YAP-ın hər bir üzvünün gələcək fəaliyyət proqramıdır.

Partiyanın qarşısında duran yeni məqsəd və vəzifələrdən bəhs edən Ə.Tağıyev YAP Ucar rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Ucar rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Paylaş
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31