Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhid Orxan Ərəbovun məzarı ziyarət olunub

Şəhid Orxan Ərəbovun məzarı ziyarət olunub

24.08.2021 [17:03]

44 günlük Vətən müharibəsində şəhid olmuş Ərəbov Orxan Ramiz  oğlunun ad günü onun məzarı başında qeyd olunub. Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramov, partiya rayon təşkilatının fəalları, şəhidin xidmət etdiyi hərbi hissənin əsgərləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Ziyarət mərasimində şəhidimizin məzarı üzərinə güllər və əklil qoyulub, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhid Orxan Ərəbovun keçdiyi qısa və mənalı həyat yolundan söz açıblar. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov vurğulayıb ki, müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunmaları dövlət siyasətimizin əsas istiqamətlərindən birini təşkil edir. Şəhid Orxan Ərəbovun valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.

Sonda şəhidin təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.

MÜŞFiQƏ

Paylaş
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31