Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hacıqabul rayonunda şəhid Xəyal Ağaməmmədovun ad günü münasibətilə tədbir keçirilib

Hacıqabul rayonunda şəhid Xəyal Ağaməmmədovun ad günü münasibətilə tədbir keçirilib

24.08.2021 [17:03]

Hacıqabul Rayon İcra Hakimiyyətinin və YAP Hacıqabul rayon təşkilatının təşəbbüsü ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş rayonun Kolanı kənd sakini Xəyal Ağaməmmədovun ad günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, gül dəstələri qoyublar. Ziyarət mərasimində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov, partiya rayon təşkilatının fəalları, o cümlədən Kolanı kəndinin sakinləri və şəhidin yaxınları iştirak ediblər. Çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirib ki, Azərbaycanın müzəffər Ordusu cəmi 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinin sosial problemlərinin hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığını deyən R.Xəlilov əlavə edib ki, Azərbaycan xalqı Qarabağın azadlığı uğrunda tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla anacaq. Daha sonra Xəyal Ağaməmmədovun xatirəsinə hazırlanmış xüsusi hədiyyə şəhidin atasına təqdim edilib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Paylaş
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31