Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi əhaliyə humanitar yardımın göstərilməsini davam etdirir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi əhaliyə humanitar yardımın göstərilməsini davam etdirir

24.08.2021 [19:15]

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi əhalimizə humanitar yardım göstərilməsi ilə bağlı layihə icra edir.

Bu barədə AZƏRTAC-a BMqT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Vətən müharibəsi nəticəsində Azərbaycanın zərər görmüş bölgələrində müxtəlif humanitar ehtiyaclar yaranıb. Hökumət mənbələrinə görə, həmin zaman ən azı 40 min insan Ağdam, Ağcabədi, Bərdə və Tərtər bölgələrində yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalıb.

Nümayəndəlik Avropa Komissiyasının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi tərəfindən maliyyələşən və müharibədən zərər çəkmiş həssas şəxslərin humanitar və erkən bərpa ehtiyaclarının həllinə töhfə verməyi hədəfləyən layihənin icrasına başlanıb. Layihə müharibədən zərər çəkmiş 1500 ailəyə birdəfəlik nağd şəkildə yardımı nəzərdə tutur. Növbəti mərhələdə 1500 ailə arasından müharibədən daha çox zərər görmüş və həssas vəziyyətdə olan 200 ailəyə yenidən nağd şəkildə yardım veriləcək. Bu zaman müharibədən birbaşa zərər çəkmiş və müvəqqəti köçkün vəziyyətinə düşmüş həssas qruplara aid olan şəxslərə üstünlük veriləcək. Layihə Ağdam, Bərdə, Ağcabədi, Tərtər və digər rayonlarda müharibədən zərər çəkmiş insanları əhatə edir.

Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hazırda BMqT-nin layihəyə cəlb olunan əməkdaşları rayon icra hakimiyyətləri tərəfindən layihəyə dəstək məqsədilə təqdim edilmiş və Quzanlıdakı ofisdə yardım göstəriləcək ailələrlə BMqT tərəfindən hazırlanmış həssaslığın qiymətləndirilməsi meyarlarına əsasən sorğular aparır. İndiyədək sorğudan keçmiş 1500 nəfərdən avqustun sonlarından başlayaraq təqdim olunması planlaşdırılan nağd yardımı almaq üçün uyğunluq meyarlarına əsasən 500 şəxs seçilib.

Paylaş
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31