Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əliabbas Salahzadə: Ulu öndər Heydər Əliyevin ideyalarına, Azərbaycan xalqının zəngin mədəniyyətinə, milli-mənəvi dəyərlərinə bağlılıq nümunəsi

Əliabbas Salahzadə: Ulu öndər Heydər Əliyevin ideyalarına, Azərbaycan xalqının zəngin mədəniyyətinə, milli-mənəvi dəyərlərinə bağlılıq nümunəsi

25.08.2021 [11:06]

Milli Məclisin deputatı Əliabbas Salahzadə Azərbaycanın  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  çoxşaxəli fəaliyyətindən,  humanist təşəbbüslərindən geniş bəhs edərək bildirib ki,  onun gördüyü işlərin miqyası geniş olmaqla  nəinki ölkədə,  bütün dünyada təqdir edilir: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin      ideyalarına, Azərbaycan xalqının zəngin mədəniyyətinə, milli-mənəvi dəyərlərinə möhkəm  bağlılıq Mehriban xanım Əliyevanın həyat amalına çevrilərək, davamlı uğurlarına yol açıb.   2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondunun prezidenti kimi qurumun məqsəd və məramına uyğun olaraq ümummilli lider Heydər Əliyev irsinin təbliği istiqamətində atdığı addımlar göz önündədir.  Mehriban xanım Əliyeva  möhkəm təməl üzərində qurulan müasir müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına davamlı töhfələr verir, həmçinin zəngin tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində biri-birindən mühüm layihələrin müəllifi kimi çıxış edir.”

Millət vəkili qeyd edib ki, Mehriban xanım Əliyevanın fəaliyyətinin dəyişməz prinsipləri  Azərbaycanın Birinci vitse-prezidenti, Cənubi Qafqazın ən böyük partiyası olan  Yeni Azərbaycan Partiyası Sədrinin  Birinci müavini,  2005-ci ildən 2017-ci ilə qədər  Milli Məclisin deputatı, nüfuzlu beynəlxalq təşkilatlar olan UNESCO-nun və ISESCO-nun  xoşməramlı səfiri kimi atdığı addımlarda özünü qabarıq şəkildə nümayiş etdirib və bu gün də həmin prinsiplər əsasdır.

Mehriban xanım Əliyevanın qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğısını xüsusi qeyd edən Ə.Salahzadə vurğulayıb ki,  Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair kimi çoxşaxəli fəaliyyət  ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə  həyata keçirilib.

Heydər Əliyev Fondunun  təhsilin, səhiyyənin, idmanın, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin inkişafına xidmət edən layihələrindən bəhs edən millət vəkili bu məqamı da xüsusi önə çəkib ki,  milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur: “Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirib.  Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilib. Müxtəlif ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa başlamışdır.”

Heydər Əliyev Fondunun təşəbbüsü, Mehriban xanım  Əliyevanın bilavasitə təşkilatçılığı ilə gerçəkləşən tədbirlərin Azərbaycan üçün önəmindən danışan Ə.Salahzadə ölkəmizin  2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyini tarixi hadisə kimi diqqətə çatdırıb.

Mehriban xanım Əliyevanın  Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərin ölçüyəgəlməzliyini vurğulayan deputat tarixi Zəfərimizdən sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü,  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən, dünyaya səs salan “Xarıbülbül” musiqi festivalının əhəmiyyətindən və artıq ənənəyə çevrilməsindən bəhs edib: “Azərbaycan  bütün dünyaya Şuşadan, tarixi torpağımızdan sülh, mədəniyyət, birgəyaşayış, tolerantlıq, milli həmrəylik mesajını ünvanladı. Qarabağın tacı Şuşamızın illərdir həsrətində olduğu doğma musiqimizə qovuşması Azərbaycan mədəniyyətinin təntənəsi idi. Xalqımız əmindir ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində soydaşlarımızın Böyük Qayıdışı  tezliklə gerçəkləşəcək, Qarabağ cənnət məkana çevriləcək.”

Paylaş
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31