Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalanıb

Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalanıb

25.08.2021 [14:25]

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirmək və görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat vermək tapşırılıb.

Sərəncamda həmin şəxslərin mənzillə təmin olunmasının bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nazirliyin balansına verdiyi və ya nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilməsi müəyyən edilib.

Həmçinin İpoteka və Kredit Zəmanət Fonduna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin nazirliyin balansına verilməsini təmin etmək tapşırılıb.

Paylaş
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31