Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Misir nəşri: Prezident İlham Əliyev Azərbaycanın BMT TŞ-nin qətnamələrini yerinə yetirdiyini bəyan edib

Misir nəşri: Prezident İlham Əliyev Azərbaycanın BMT TŞ-nin qətnamələrini yerinə yetirdiyini bəyan edib

25.08.2021 [15:14]

Misirin nüfuzlu “Dustur” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul zamanı söylədiyi fikirlərə geniş yer ayırıb.

“Prezident İlham Əliyev: Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik və ərazi bütövlüyümüzü bərpa etdik” sərlövhəli yazıda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı münaqişənin nizama salınması istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun son illər bir çox imkanları əldən verdiyini, Azərbaycanın problemi sülh yolu ilə həll etmək istədiyini deyib. O əlavə edib ki, bir çox hallarda Ermənistana sanksiyalar tətbiq edilməsi məsələsini qaldırıb və bu, müharibənin qarşısını almaq üçün bir yol ola bilərdi. Azərbaycan Prezidenti təəssüflə vurğulayıb ki, Minsk qrupu bu məsələdə öz missiyasını yerinə yetirə bilməyib və müharibəyə görə məsuliyyət yalnız Ermənistanın deyil, həmçinin onu beynəlxalq hüquqa əməl etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür.

Məqalədə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdiyini vurğulayıb və 51-ci maddənin hər bir ölkənin özünümüdafiə hüququnu tanıdığını əlavə edib.

Paylaş
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31