Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda koronavirus infeksiyasına 3794 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasına 3794 yeni yoluxma faktı qeydə alınıb

25.08.2021 [17:47]

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3794 yoluxma faktı qeydə alınıb, 2216 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 401 min 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 350 min 670 nəfər müalicə olunaraq sağalıb, 5 min 403 nəfər vəfat edib. Aktiv xəstə sayı 45 min 755 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 835, bu günə qədər isə ümumilikdə 4 milyon 362 min 263 test icra olunub.

Paylaş
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31