Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azər Badamov: Mehriban xanım Əliyevanın səmərəli və çoxşaxəli fəaliyyəti milli maraqlara, ümumbəşəri dəyərlərə və humanizmə əsaslanır

Azər Badamov: Mehriban xanım Əliyevanın səmərəli və çoxşaxəli fəaliyyəti milli maraqlara, ümumbəşəri dəyərlərə və humanizmə əsaslanır

26.08.2021 [13:59]

"Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli və çoxşaxəli fəaliyyəti hər zaman milli maraqlara, ümumbəşəri dəyərlərə və humanizmə əsaslanır. Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Qeyd etmək lazımdır ki, bu gün yerləşdiyi regionun lider dövləti olan Azərbaycan dünyada həm də tolerantlıq və multikulturalizm nümunəsi kimi tanınır ki, bunda da Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti danılmazdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində Pakistanda, Gürcüstanda, Misirdə, Rusiyada bir neçə məktəbin yenidən qurulmasına, Vatikanda Müqəddəs Roma katakombalarının və Strasburq Kafedral kilsəsinin bərpasına dəstək verib. Bu, həm də sivilizasiyalararası dialoqun təşviq olunması baxımından böyük önəm kəsb edir. Versal sarayının bir hissəsinin, Luvr muzeyi qalereyasından birinin bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr də Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərini əks etdirən nümunələrdəndir".

Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Mehriban xanım Əliyevanın Azərbaycanın mədəni irsinin dünyada tanıdılması, eləcə də Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği istiqamətində apardığı fəaliyyət dünya ictimaiyyətinin ölkəmizlə bağlı mühüm və real faktlarla tanış olmasına yol açıb. Ölkənin Birinci vitse-prezidenti kimi daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərən, mühüm təşəbbüslərlə çıxış edən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. "Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Bununla yanaşı, Mehriban xanım Əliyevanın Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizə göstərdiyi diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır. İstər 2016-cı il Aprel döyüşləri zamanı, istərsə də 44 günlük Vətən müharibəsi dövründə şəhid ailələrinin sosial problemlərinin həlli, qazilərimizin sağlamlıqlarının qorunması, bərpa prosesinin uğurla davam etdirilməsi Mehriban xanımın diqqətində olub. Bütün bunlar Mehriban xanım Əliyevanın cəmiyyətin həssas təbəqəsinin problemlərinin həllini diqqət mərkəzində saxladığını göstərməklə yanaşı, onun fəaliyyətinin humanizm və vətənpərvərlik prinsiplərinə söykəndiyini əks etdirir", - deyən A.Badamov əlavə edib ki, Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgisini qazanıb.

Paylaş
Baxılıb: 252 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31