Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Misirin “Əl Əhram” qəzeti Prezident İlham Əliyevin Vətən müharibəsinin yekunları ilə bağlı fikirlərini yayımlayıb

Misirin “Əl Əhram” qəzeti Prezident İlham Əliyevin Vətən müharibəsinin yekunları ilə bağlı fikirlərini yayımlayıb

26.08.2021 [14:21]

Misirin nüfuzlu “Əl Əhram” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbulu zamanı 44 günlük Vətən müharibəsinin yekunları ilə bağlı söylədiyi fikirləri yayıb.

AZƏRTAC xəbər verir ki, qəzet “Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini özünün yerinə yetirdiyini bəyan edib” sərlövhəli məqalədə dövlətimizin başçısının münaqişənin nizama salınması istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun son illər bir çox imkanları əldən verdiyi, Azərbaycanın problemi sülh yolu ilə həll etmək istədiyi haqqında fikirləri vurğulanıb. Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti bir çox hallarda Ermənistana sanksiyalar tətbiq edilməsi məsələsini qaldırdığını, bu addımın müharibənin qarşısını almaq üçün bir yol ola biləcəyini söyləyib. Lakin təəssüflə vurğulayıb ki, Minsk qrupu bu məsələdə öz missiyasını yerinə yetirə bilməyib və müharibəyə görə məsuliyyət yalnız Ermənistanın deyil, həmçinin onu beynəlxalq hüquqa əməl etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür.

Məqalədə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdiyini və 51-ci maddənin hər bir ölkənin özünümüdafiə hüququnu tanıdığını bəyan edib.

Paylaş
Baxılıb: 241 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31