Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hikmət Babaoğlu: Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkəmizdə, həm də dünya miqyasında böyük rəğbətlə, hörmətlə və təqdirlə qarşılanır

Hikmət Babaoğlu: Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkəmizdə, həm də dünya miqyasında böyük rəğbətlə, hörmətlə və təqdirlə qarşılanır

26.08.2021 [16:23]

"Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkəmizdə və beynəlxalq müstəvidə müsbət imicə, yüksək nüfuza malik olan şəxsiyyətdir. O, eyni zamanda, ölkəmizin tarixini dərindən bilən, onun maddi abidələrini, mənəvi sərvətlərini ləyaqətlə qorumağı bacaran, respublikamızda bütün sahələrdə imzası olan, Azərbaycanı beynəlxalq miqyasda uğurla təmsil edən ictimai-siyasi xadimdir. Bütövlükdə, Mehriban xanım Əliyevanın ardıcıl, səmərəli və məqsədyönlü fəaliyyəti həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanır, xalqımızın rifahının, dövlətimizin isə milli gücünün artmasına xidmət edir".
Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, biz Mehriban xanım Əliyevanın irəli sürdüyü ideyalardan və təşəbbüslərdən, onun rəhbərliyi ilə görülən işlərdən və reallaşdırılan layihələrdən bəhs edərkən “çoxşaxəli fəaliyyət” anlayışından istifadə edirik: "Çünki Azərbaycanın birinci xanımının fəaliyyəti humanitar sahədən tutmuş siyasi arenaya qədər müxtəlif istiqamətləri əhatə edir, mahiyyət etibarilə həm milli, həm də qlobal məzmun daşıyır".
Milli Məclisin deputatının sözlərinə görə, Mehriban xanım Əliyevanın müxtəlif vəzifələrdə gördüyü işlərə nəzər saldıqda  aydın olur ki, onun fəaliyyəti özündə vətənpərvərlik, humanizm, milli-mənəvi dəyərlərə hörmət kimi prinsipləri ehtiva edir: "Onun rəhbərliyi ilə bu zamana qədər təhsil və səhiyyə sahəsində, ölkədə idman hərəkatının davamlılığının təmin olunması və ekoloji problemlərin həllinə dəstək verilməsi istiqamətlərində, həmçinin həssas əhali qruplarının problemlərinin həlli ilə əlaqədar olduqca mühüm işlər görülüb - əhəmiyyətli layihələr həyata keçirilib. Bununla yanaşı, xalqımızın zəngin mədəni irsinin qorunması və dünyada təbliği, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırılması istiqamətində atılan addımlar uğurlu nəticələrlə yadda qalıb, ölkəmizin qlobal müstəvidə pozitiv beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfə olub. Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsləri dünyada sülhün, tolerantlığın, multikulturalizmin təşviqi, sivilizasiyalararası dialoqun inkişafına dəstək verilməsi baxımından müstəsna əhəmiyyət daşıyır".
"Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bu zamana qədər mədəniyyətin təbliğinə, ümumdünya mədəni irsinin qorunub saxlanmasına, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafına verdiyi töhfələrə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu mükafatlara layiq görülüb. Bu, onun fəaliyyətinin ölkəmizdə və dünya miqyasında böyük rəğbətlə, hörmətlə və təqdirlə qarşılandığını, yüksək dəyərləndirildiyini göstərir",-deyə Hikmət Babaoğlu əlavə edib.

Paylaş
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31