Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Laçın sakini: Mən Laçına gələrkən burada keçirdiyim uşaqlıq illərimi, gəncliyimi xatırladım

Laçın sakini: Mən Laçına gələrkən burada keçirdiyim uşaqlıq illərimi, gəncliyimi xatırladım

27.08.2021 [16:17]

Mən çox sevinirəm. Bu diyara gələrkən burada keçirdiyim uşaqlıq illərimi, gəncliyimi xatırladım.

AZƏRTAC xəbər verir ki, bu sözləri Laçın sakini, keçmiş hərbçi Hümbətov Əli bildirib. O qeyd edib ki, düşmənin bu torpaqdan qovulması ölkəmizin gücünü, qüdrətini göstərir: “Dövlət başçımızın apardığı düzgün siyasət nəticəsində biz öz yurdumuzdayıq. Allah Prezident İlham Əliyevi qorusun, ordumuza güc-qüvvət versin. Erməni vandalları burada hər şeyi dağıdıblar. Lakin, biz inanırıq ki, Laçın rayonunun da daxil olduğu Şərqi Zəngəzur ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcək”.

Ballıqaya faciəsi haqqında da fikirlərini bildirən keçmiş hərbçi ermənilərin 28 il qabaq insanlığa sığmayan əməllərindən danışıb: “1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər laçınlı mülki şəxsi amansızlıqla qətlə yetirdi. Bizim qonşu kəndlərdən də tanıdığımız insanlar həmin faciədə öldürüldü. Orada öldürülən əksər insanlar uşaq, qoca və qadın olub. Bəzi meyitlər yandırılmışdı. Həmin hadisə ermənilərin necə qaniçən məxlulqlar olduğundan xəbər verir. Vətən müharibəsində bütün şəhidlərimizin qisası alındı. Düşmənin başı elə əzildi ki, bir də onlar çətin ayağa qalxa bilsin”.

Paylaş
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31