Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Laçın sakini: Bu yerlər tezliklə yenidən qurulacaq və biz öz firavan həyatımızı burada davam etdirəcəyik

Laçın sakini: Bu yerlər tezliklə yenidən qurulacaq və biz öz firavan həyatımızı burada davam etdirəcəyik

27.08.2021 [16:18]

Kəlbəcər və Laçına səfər etməyin sevincini yaşayıram. Ali Baş Komandanımızın qətiyyətli siyasəti sayəsində işğaldan azad olunmuş rayonumuza səfər etdik, öz dədə-baba torpaqlarımıza baş çəkdik. İnşallah, bu yerlər tezliklə yenidən qurulacaq və biz öz firavan həyatımızı burada davam etdirəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Laçın sakini, ehtiyatda olan hərbçi Azər Rəsulov söyləyib.

Laçına səfər edən Azər Rəsulov bildirib ki, Müzəffər Ali Baş Komandanımız indiyə qədər nə vəd edibsə, hamısını yerinə yetirib: “Xalqımız 30 ildir bu torpaqlara həsrət qalmışdı. Dövlətimizin başçısı hər çıxışında torpaqlarımızın azad olunacağını, heç bir güzəştdən söhbət getməyəcəyini deyirdi və bunu da yerinə yetirdi. Biz bu günü uzun illər gözləmişik və geri qayıdacağımıza həmişə inanmışıq. Bu sevinc hissini yaşatdığı üçün dövlətimizin başçısına, güclü ordumuza minnətdarıq. Xalqımızın birliyi bizim qələbə qazanmağımıza kömək oldu. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. İnanıram ki, tezliklə Şərqi Zəngəzur və Qarabağ cənnət diyara çevriləcək”.

Xatırladaq ki, avqustun 26-da bir qrup Laçın rayon sakini, keçmiş hərbçilər Kəlbəcərə və Laçına səfər ediblər.

Paylaş
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31