Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qəhrəmanlar unudulmur

Qəhrəmanlar unudulmur

27.08.2021 [16:19]

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov, idarənin məsləhətçisi, şəhid anası Ceyran Həsənova, Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Samirə Qafarova şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Milli Qəhrəmanın anası Səmayə Həşimova, qardaşı İlham Həşimov Vətəninə sonsuz sevgi bəsləyən əzizləri haqqında xatirələrini bölüşüblər. Regional idarə tərəfindən Polad Həşimovun yağlı boya ilə çəkilmiş portreti xatirə olaraq ailəsinə hədiyyə edilib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarənin əməkdaşları və tabe müəssisələrin rəhbərləri Vətən müharibəsi şəhidləri Murad Nəfəsov, Elməddin Nəzərov və İbrahim Lələyevin ailələrinə baş çəkiblər.

Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsinin şəhid baş leytenantı Cavid Səfərlinin həyat yolundan bəhs edən “Qəhrəmanlıq yolu” adlı sənədli film nümayiş olunub. Filmin ssenari müəllifi Xəqani Əliyev, quruluşçu rejissoru Əli Mikayılovdur.

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin əməkdaşları İkinci Qarabağ müharibəsi şəhidi Orxan Ərəbovun doğum günündə məzarını ziyarət ediblər.

Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Oğuz rayon MKS-nin kənd kitabxana filiallarının əməkdaşları Vətən müharibəsi şəhidi Vüsal İsmayılovun məzarını ziyarət edib, ailəsinə baş çəkiblər. Balakən rayon Şərif kənd Sənətkarlıq klubu və Yeni Şərif kənd Sənətkarlıq evinin əməkdaşları İkinci Qarabağ müharibəsi şəhidi Məhəmməd Murtuzovun ailəsi ilə görüşüblər.

Paylaş
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31