Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət qayğısı: Problemlər və onların həlli yolları" mövzusunda seminar keçirilib

“Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət qayğısı: Problemlər və onların həlli yolları" mövzusunda seminar keçirilib

27.08.2021 [16:43]

Avqustun 27-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin "Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində "Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət qayğısı: Problemlər və onların həlli yolları" mövzusunda seminar keçirilib.

Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov seminarda iştirak edən gəncləri salamlayıb, layihənin gənclər üçün əhəmiyyətindən, həmçinin mövzunun aktuallığından bəhs edib.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində keçirilən seminarların əhəmiyyətindən danışaraq belə layihələrin gənclərin inkişafında böyük rola malik olduğunu vurğulayıb.

M.Quliyev mövzu barədə geniş çıxışında sosial siyasətin dövlətin daxili siyasətindəki yerindən bəhs edib. Bildirib ki, sosial siyasət bütün ölkələrin daxili siyasətində prioritet sahələrdəndir və müasir dövrdə bunun əksi olan dövlətə rast gəlmək çətindir. Komitə sədri qeyd edib ki, sosial siyasət əhalinin mühüm ehtiyaclarının ödənilməsinə xidmət edir və onun bir çox istiqamətləri var. Bu mənada sosial siyasətin əsas istiqaməti əhalinin məşğulluğunun təmin edilməsidir.

Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birinin məcburi köçkünlərə diqqət və qayğının göstərilməsi olduğunu deyən M.Quliyev dünyada az sayda ölkənin daxili köçkün problemi ilə qarşılaşdığını qeyd edib. Dövlət müstəqilliyinin ilk illərindən bu problemlə qarşılaşmasına baxmayaraq ölkəmiz ötən müddətdə məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər icra olunub.

Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri barədə məlumat verən Komitə sədri deyib ki, ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərdən birini də belə şəxslərin məşğulluğunun təmin edilməsidir. Əvvəllər ölkəmizdə 1-ci və 2-ci qrup əlilliyi olan şəxslərin işlə təminatı həyata keçirilməsə də hazırda onların da sağlamlıq imkanlarına uyğun işlə təmin edildiyi vurğulayan M.Quliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin məşğulluğunun təmin edilməsi istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə diqqət və qayğısını xüsusi vurğulayan M.Quliyev Heydər Əliyev Fondunun da bu prosesdə fəal iştirak etdiyini də gənclərin diqqətinə çatdırıb.

Komitə sədri bildirib ki, 2014-cü ilə qədər ev növbəsinə duran şəhid ailələri mənzillə təmin edilib. 2014-2020-ci illər arasında ev növbəsinə yazılanların isə evlə tam təmin olunması prosesi bu ilin sonuna qədər başa çatması nəzərdə tutulur. İkinci Qarabağ müharibəsi şəhidlərinin mənzillə təminatına gəlincə, bu, 2025-ci ilə qədər başa çatacaq.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Paylaş
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31