Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ICESCO və ABŞ-ın Kosmos Fondu arasında əməkdaşlığa dair saziş imzalanıb

ICESCO və ABŞ-ın Kosmos Fondu arasında əməkdaşlığa dair saziş imzalanıb

27.08.2021 [16:46]

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) ilə ABŞ-ın Kosmos Fondu arasında əməkdaşlığa dair saziş imzalanıb.

ICESCO-nun baş ofisindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və ABŞ-ın Kosmos Fondunun icraçı direktoru Tomas Zeloborun Kolorado ştatında keçirilən Beynəlxalq Kosmik Simpoziumun 36-cı sessiyası çərçivəsində imzaladıqları sənəd kosmos sahəsində tədris proqramlarında iştirakı, habelə Birləşmiş Ştatların mütəxəssislərinin İslam ölkələri tədqiqatçıları ilə birgə fəaliyyətini nəzərdə tutur. Bundan başqa, ICESCO Beynəlxalq Astronavtika Federasiyası ilə təşkilata üzv ölkələrdən astronavtların hazırlanması üzrə əməkdaşlıq edəcək.

ICESCO-nun Baş direktoru imzalama mərasimində bildirib ki, müasir dövrdə kosmos elmi planetimizdə sosial-iqtisadi və ekoloji problemlərin həllində mühüm rola malikdir. İnkişaf etmiş ölkələr bu sahəyə böyük sərmayələr qoyurlar. İslam dünyası da bu proqramlardan faydalanmalı, ABŞ alimlərinin təcrübəsindən istifadə etməlidir. Bu məqsədlə istedadlı müsəlman gənclərin kosmik tədqiqatlar sahəsində həyata keçirilən layihələrə cəlb edilməsi böyük əhəmiyyətə malikdir.

Salim Əl-Malik Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Paskal Ehrenfreyd ilə keçirdiyi görüşdə də ICESCO-ya üzv ölkələrin gənclərinin kosmik layihələrə cəlb edilməsi, təşkilatın federasiyaya üzvlüyü və oktyabrda Dubayda keçiriləcək 72-ci Beynəlxalq Astronavtika Konfransına hazırlıq məsələlərini müzakirə edib.

Paylaş
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31