Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İnsan alveri qurbanlarının müəyyənləşdirilməsi məqsədilə təlimçilər üçün təlim keçirilir

İnsan alveri qurbanlarının müəyyənləşdirilməsi məqsədilə təlimçilər üçün təlim keçirilir

30.08.2021 [10:23]

Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) ilə sıx əməkdaşlıq şəraitində Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsini həyata keçirir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində BMqT-nin Azərbaycan Nümayəndəliyi insan alveri qurbanlarının aşkarlanması, müəyyənləşdirilməsi və yönləndirilməsi məqsədilə ilkin yardım tərəflərinə təlimçilər üçün təlim təşkil edir.

Təlimlərin açılışında BMqT-nin Azərbayandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və digərləri çxış edirlər.

Qeyd edək ki, təlimlər avqustun 30-dan sentyabrın 3-dək Bakıda olacaq.

Paylaş
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31