Heydər Əliyev
yeni azerbaycan logo

“QAYITDIQ!”

30.08.2021 [10:36]

Millət vəkili, şair Musa Quliyev (Urud) növbəti şeirini oxucularına təqdim edib.

O, Şuşanın işğaldan azad edilməsi və Qarabağın bu dilbər guşəsinə qayıdışa həsr olunmuş “QAYITDIQ” adlı sözügedən şeirini öz şəxsi sosial şəbəkə hesabından paylaşıb və oxucular, izləyəcilərlə bölüşüb:

 

Qırx dörd gün şərəfə şan qovuşdurdu,

Gecəni səhərə dan qovuşdurdu,

Bizi qəm ayırdı, qan qovuşdurdu,

Hər daşı qibləgah Şuşam, qayıtdıq!

Pənah xan şəhəri, pənahım şəhər,

Son arzum, ümidim, son ahım şəhər.

Qarşında çoxsa da günahım, şəhər,

Nə pərvanə döndü, nə şam, qayıtdıq!

Salam, Cıdır düzü, İsa bulağı,

Topxana meşəsi, qoca Kirs dağı.

Salam, Gövhərağam, pirim, ocağım,

Uca minarəsi qoşam, qayıtdıq!

Qürurla yellənsin üç rəng bayrağın

Ocağın gur yansın, artsın növrağın.

Gözün aydın olsun, Vətən torpağı,

Zəfərin mübarək, Paşam, qayıtdıq!

Paylaş
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31