Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dövlət Miqrasiya Xidməti Azərbaycanda müvəqqəti olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Dövlət Miqrasiya Xidməti Azərbaycanda müvəqqəti olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib

30.08.2021 [14:04]

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ölkədə müvəqqəti olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Nazirlər Kabinetinin 2021-ci il 28 avqust tarixli qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin noyabr 1-i saat 06:00-dək uzadıldığı xatırladılıb.

Qeyd edilib ki, bu müddətdə Xidmətin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək (daha ətraflı - https://www.migration.gov.az/az/news_detail/14374). Karantin müddətində DMX-nin (012) 919 - Çağrı Mərkəzi həftə sonları (sentyabrın 4-də və 5-də, 11-də və 12-də, 18-də və 19-da, 25-də və 26-da, oktyabrın 2-də və 3-də, 9-da və 10-da, 16-da və 17-də, 23-də və 24-də, 30-da və 31-də) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin “MigAz” mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

DMX bir daha xatırladıb ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyən) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab edilir.

Paylaş
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31