Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhid Sirac Abışovun ad günü qeyd edilib

Şəhid Sirac Abışovun ad günü qeyd edilib

30.08.2021 [17:15]

Qubadlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhid Sirac Abışovun doğum günü qeyd edilib. Bununla əlaqədar əvvəlcə şəhidin ailəsi ilə görüş keçirilib, daha sonra Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında Sirac Abışovun məzarı ziyarət olunub, gül dəstələri qoyulub.

Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Hüseynov, şəhidin döyüş yoldaşları, ailə üzvləri və yaxınları iştirak ediblər.

YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev 2020-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində əldə olunan qələbə nəticəsində işğal altındakı torpaqlarımızın azadlığa qovuşduğunu bildirib. Vətən müharibəsini tariximizin ən parlaq səhifəsi adlandıran YAP Qubadlı rayon təşkilatının sədri bildirib ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ölkəmizdəki xalq-iqtidar-ordu birliyi "dəmir yumruğa" çevrilərək düşməni məğlub etdi.

Tədbirdə çıxış edən şəhid Sirac Abışovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, "Azərbaycan Televiziya və Radio Verlişləri" Qapalı Səhmdar Cəmiyyətinin işçisi olan Sirac Abışov bu ilin iyunun 4-də Kəlbəcər rayonu Susuzluq kəndində minaya düşərək şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Paylaş
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31