Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İtaliyalı senator: Azərbaycanın Kabil aeroportunda təhlükəsizliyə töhfə verdiyi bir vaxtda Ermənistan parlamentində davanın şahidi olduq

İtaliyalı senator: Azərbaycanın Kabil aeroportunda təhlükəsizliyə töhfə verdiyi bir vaxtda Ermənistan parlamentində davanın şahidi olduq

30.08.2021 [19:42]

İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü Urania Papatheu yerli mətbuata açıqlamasında Azərbaycanın sülhməramlı qüvvələrinin Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyəti təqdir edib.

AZƏRTAC xəbər verir ki, italiyalı senator bu məsələdə böyük təcrübə nümayiş etdirən Azərbaycanın İtaliya və Avropa İttifaqı ilə birgə fəaliyyətə hazır olduğunu göstərdiyini bildirib.

U.Papatheu, həmçinin Azərbaycan hərbçilərinin Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verdiyini, eləcə də Əfqanıstanda vəziyyətin kritik olduğu bir vaxtda Ermənistan parlamentində əlbəyaxa davanın getdiyini də deyib.

Paylaş
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31