Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qənirə Paşayeva: Şuşada möhtəşəm quruculuq və abadlıq işlərini görmək insana başqa bir güc verir

Qənirə Paşayeva: Şuşada möhtəşəm quruculuq və abadlıq işlərini görmək insana başqa bir güc verir

30.08.2021 [20:05]

Biz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə çox təşəkkür edirik, qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Mədəniyyət paytaxtımız, mədəniyyət beşiyimiz Şuşanın əsl sahibləri bu gün buraya toplaşıb. Əvvəlki Şuşanın o gözəl günlərindəki kimi gözəl tədbirlərdə hər kəs bir arada, bir yerdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Vaqif Poeziya Günləri çərçivəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə müsahibəsində söyləyib.

Qənirə Paşayeva deyib: “Şuşada Vaqif Poeziya Günlərinin bərpası dünyadakı bütün azərbaycanlılar üçün möhtəşəm hadisədir. Torpaqlarımızın işğaldan azad edilməsindən çox qısa zaman keçib. Lakin Şuşada bu möhtəşəm quruculuq, abadlıq işlərini görmək insana başqa bir güc verir. Eyni zamanda, bütün dünyaya göstəririk ki, böyük mədəniyyət abidələrini, tarixi abidələri dağıtmaq, məhv etmək ermənilərin xislətidir. Azərbaycan xalqının məqsədi isə hər zaman qurmaq, yaratmaq, inkişaf etdirməkdir. Vaqifin məqbərəsi əvvəlki əzəməti ilə ucalır. Eləcə də güllələnmiş abidələr öz yerinə qaytarıldı. Düşünürəm ki, Üzeyir bəyin, Xurşidbanu Natəvanın, Bülbülün ruhu şaddır. Çox qısa zamanda digər tarix mədəniyyət abidələri də bərpa olunacaq. Şuşa şəhəri mədəniyyət paytaxtımız kimi bütün dünyaya öz şöhrətini daha yüksək səviyyədə təqdim edəcək”.

Paylaş
Baxılıb: 265 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31