Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur

30.08.2021 [20:16]

Avqustun 30-u Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü” kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.

AZƏRTAC xəbər verir ki, 1919-cu ildə Anadolunun işğalı türk xalqının yaddaşına dərin izlər buraxıb. Düşmən qüvvələrin donanması İstanbulu zəbt edib. Fransız ordusu Adanada, ingilislər Urfa, Maraş, Samsun və Merzifonda, italyanlar Antalya və Anadolunun cənub-qərbində yerləşiblər. Müttəfiq qüvvələrin razılığı ilə 1919-cu il mayın 15-də yunan qoşunlarının İzmirə çıxması vəziyyəti daha da ağırlaşdırıb.

Mustafa Kamal Paşanın komandanlığı ilə yenidən milli-azadlıq mübarizəsinə qalxan mətanətli türk xalqı 1921-ci ildə Sakaryanı qəhrəmanlıqla qoruyub. Sakaryada 22 gün gecə-gündüz döyüşən türklər avqustun 23-də düşmənin irəliləməsinin qarşısını alaraq ona sarsıdıcı zərbələr vurublar. Bu savaşda türk ordusu geri çəkilməyib, düşmənin hücumlarının qarşısını igidliklə alıb.

Anadolunun düşməndən azad olunması uğrunda gedən növbəti savaşların başlanması da avqusta təsadüf edib. 1922-ci avqustun 26-da Mustafa Kamal Atatürkün komandanlığı ilə bütün cəbhə boyu hücuma keçmək əmri alan türk ordusu düşməni hər tərəfdən sıxışdırıb. Avqustun 30-da Kütahyanın işğaldan azad edilməsi düşməni vəlvələyə salıb. Düşmən bütün istiqamətlərdə geri çəkilməyə məcbur olub. Bu döyüşlər türk xalqının şanlı azadlıq tarixinin dönüş nöqtəsinə çevrilib.

Paylaş
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31