Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cəmil Həsənli indi də “Ağıllı kənd” layihəsinə qarşı çıxır

Cəmil Həsənli indi də “Ağıllı kənd” layihəsinə qarşı çıxır

31.08.2021 [09:24]

Radikal müxalifət düşərgəsinin və dağıdıcıların xaricdəki uzantılarının Vətən müharibəsində əldə olunan tarixi qələbəyə, işğaldan azad edilmiş regionlarımızda həyata keçirilən abadlıq-quruculuq işlərinə qarşı apardıqları kampaniyalar səngimir. Özünü “ziyalı” hesab edən qondarma antimilli şuranın sədri Cəmil Həsənlinin son paylaşımları da bu qəbildəndir. Belə ki, bu dəfə də o, işğaldan azad edilmiş rayonlarda həyata keçirilən “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinə qarşı çıxıb. Əslində, indiyə qədər bir dənə ağıllı ideya ilə gündəmə gələ bilməyən radikal ünsürlərin, o cümlədən C.Həsənlinin son cəhdi bir daha dağıdıcıların hansı acınacaqlı durumda olduqlarını ortaya qoyur. Bu tip şər-böhtan kampaniyası aparmaqdan usanmayan marionet sədr Cəmil Həsənli bir tərəfdən, “Ağıllı kənd” layihəsini qavramaq imkanına malik olmadığını, digər tərəfdən isə ermənipərəst dairələrin “dəyirmanına su tökməyə” davam etdiyini sübuta yetirir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Azərbaycan dövləti qısa zaman kəsiyində işğaldan azad edilmiş bölgələrdə abadlıq-quruculuq işləri həyata keçirməkdədir. Bu regionların dirçəldilməsi yönündə görülən işləri yüksək dəyərləndirən millət vəkili deyib: “Bilindiyi kimi, müharibədən sonra yaranan yeni siyasi-iqtisadi reallıqlar özündə bir sıra nüansları ehtiva edir. Birincisi, həmin regionlarda quruculuq, abadlıq işləri yeni innovativ əsaslarla aparılır. “Ağıllı kənd” layihəsi müasirtipli kəndlərin qurulmasına imkan yaradır. Aparılan işlər isə gələcək perspektivdə regionun inkişaf xəritəsini özündə əks etdirməkdədir. Bu, həm də regionun turizm potensialından yüksək dərəcədə istifadə etməyə imkan verir”.
Millət vəkili deyib ki, radikal müxalifətin görülən işləri hədəfə almasının arxasında regionun gələcək inkişafına qarşı qısqanclıq dayanır: “Xaricdəki ermənipərəst mərkəzlər anlayırlar ki, qalib Azərbaycan bu əraziləri yenidən dirçəldib cənnətə çevirəcək. Bu baxımdan, onlar daxili xəyanətkarlar vasitəsilə görülən işlərə kölgə salmağa çalışırlar”.
Milli Məclisin deputatı Sevinc Hüseynova da bildirib ki, xaricdəki ermənipərəst mərkəzlərin əlaltısı qismində çıxış edən radikal müxalifət aparılan bu meqa fəaliyyətə kölgə salmaq, görülən işlərə özünəməxsus çirkin kampaniyalarla qara yaxmaq üçün min bir yola baş vurmaqdadır: “Radikal müxalifətin “Ağıllı kənd” layihəsini hədəfə alması onların əsl simasını bir daha üzə çıxarır. İndiyə qədər hər hansı ağıllı bir təkliflə gündəmə gələ bilməyənlərin bu dəfə “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinə qarşı fikirlər səsləndirməsi onların məkrlərindən xəbər verir. Görünür ki, xaricdəki ağaları onlara bu dəfə bölgədə gedən abadlıq işlərini və ermənilər tərəfindən dağıdılmış ərazilərin dirçəldilməsini hədəfə almağı tapşırıblar”.
Pərviz SADAYOĞLU

Paylaş
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31