Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Payız fəslində immuniteti gücləndirmək üçün peyvənd olunmaq vacibdir

Payız fəslində immuniteti gücləndirmək üçün peyvənd olunmaq vacibdir

31.08.2021 [09:40]

Dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayında yenidən artım müşahidə edilməkdədir. Təəssüf ki, virus səbəbindən ölüm hallarında da artım qeydə alınır. Mütəxəssislərin fikrincə, əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması koronavirus pandemiyasının qarşısının alınmasında ən mühüm amillərdən biridir.
Məsələ ilə bağlı açıqlama verən həkim-infeksionist Sevil Hacıyeva bildirib ki, peyvənd bizi təkcə xəstəlikdən qorumur, həmçinin xəstəliyi yüngül keçirməyimizə kömək edir. Onun sözlərinə görə, vaksinasiya yeni mutasiyaların əmələ gəlməsinin qarşısını alır: “Nəzərə alsaq ki, qarşıdan payız fəsli gəlir və mövsümlə əlaqədar olaraq virusa yoluxma halları daha da artacaq, immuniteti gücləndirmək üçün peyvənd olunmaq olduqca vacibdir. Eyni zamanda, virusdan qorunmaq üçün gündəlik gigiyena qaydalarına əməl etməyimiz, qapalı məkanlarda tibbi maska taxmağımız vacib şərtlərdəndir. Sağlam olmaq istəyiriksə, bu qaydalara mütləq əməl etməliyik. Bir sözlə, hər kəs vaksinasiyadan keçməlidir ki, bu bəladan da tezliklə xilas olaq”.
“Vaksinasiyadan keçən vətəndaşların sayı çox olsa da, hələlik müəyyənləşdirilən hədəfə çatmamışıq. Peyvəndlənən vətəndaşların da virusa yoluxacağı halda xəstəliyi yüngül və ya simptomsuz keçirəcəyini nəzərə alaraq onların da hər kəs kimi profilaktik tədbirlərə əməl etməsi vacibdir”, - deyə mütəxəssis vurğulayıb.
Qeyd olunub ki, vətəndaşlarımız bir an belə arxayınlaşmamalı, qoyulan qaydalara düzgün əməl etməli, öz sağlamlıqlarının qeydinə qalmalıdırlar.
MÜŞFiQƏ

Paylaş
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31