Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Köln şəhərindəki Azərbaycan Evi ziyarət edilib

Köln şəhərindəki Azərbaycan Evi ziyarət edilib

31.08.2021 [11:04]

Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Köln şəhərindəki Azərbaycan Evini və “Pantera GYM” idman zalını ziyarət edib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Evi ilə tanışlıq zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov icma üzvləri qarşısında çıxış edərək bildirib ki, Azərbaycan Evləri soydaşlarımızı bir araya gətirən mərkəz rolunu oynayır. Qeyd edilib ki, Kölndəki Azərbaycan Evi də bu məqsədlə yaradılıb. Şəhər və ətrafında yaşayan azərbaycanlılar burada toplaşmalı, görüşlər keçirməlidirlər. “Bununla yanaşı, Köln Azərbaycan Evi yerli ictimaiyyətin tanınmış şəxslərinin və alman jurnalistlərinin müxtəlif tədbirlərə dəvət olunduğu məkana çevrilməlidir. Bu, soydaşlarımızın yerli cəmiyyətə daha sıx inteqrasiyasında və media ilə əməkdaşlıq əlaqələrinin qurulmasında böyük rol oynaya bilər”, – deyə, komitə sədri diqqətə çatdırıb.

Sonra Dövlət Komitəsi tərəfindən Köln Azərbaycan Evinə hədiyyələr təqdim olunub.

Daha sonra qonaqlar “Pantera GYM” idman zalında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, Almaniyada yaşayan azərbaycanlı gənclər arasında idmana böyük həvəs var. Burada onların asudə vaxtlarını səmərəli keçirmələri üçün həftədə bir neçə dəfə məşqlər təşkil edilir.

Paylaş
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31