Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sədaqət Vəliyeva: Şuşanın dirçəldilməsi Azərbaycan xalqının məğlubedilməzliyinin, bu diyarda əbədi olaraq yaşayacağının rəmzidir

Sədaqət Vəliyeva: Şuşanın dirçəldilməsi Azərbaycan xalqının məğlubedilməzliyinin, bu diyarda əbədi olaraq yaşayacağının rəmzidir

31.08.2021 [11:32]

Şuşa Azərbaycan xalqı üçün milli simvoldur. Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. 28 illik işğaldan sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Şuşanı işğaldan azad etməsi Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu. 270 illik tarixi olan Şuşa şəhəri bu gün dirçəliş, inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı “Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin, Xalq artisti Bülbülün ev-muzeyinin, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılış mərasimlərində iştirak etməsi, bir sıra yeni layihə və obyektlərin təməlini qoyması bir daha Şuşanın yeni intibah mərhələsinə daxil olduğunu isbatlayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Şuşa şəhərinin bərpası və dirçəldilməsi rəmzi olaraq yanvarın 14-dən başlayır. Məhz, bu tarixdən 39 il əvvəl Şuşada ulu öndər Heydər Əliyevin iştirakı ilə dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi açılışı olub: “Bu mənada yanvarın 14-də Prezident İlham Əliyevin Şuşaya səfər etməsi çox böyük rəmzi mənası daşıyırdı. Eyni zamanda, sübut edirdi ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının gələcəyi naminə ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu davam etdirir, onun vəsiyyətini yerinə yetirir. Bu baxımdan tam əminliklə demək olar ki, Şuşanın dirçəldilməsi, bərpası Azərbaycan xalqının məğlubedilməzliyinin, bu diyarda əbədi olaraq yaşayacağının rəmzidir”.

Sədaqət Vəliyeva vurğulayıb ki, Vaqif Poeziya Günlərinin keçirilməsi də rəmzi məna daşıyır: “Hələ 1982-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qədim mədəniyyət mərkəzi olan Şuşada Molla Pənah Vaqifin abidəsi ucaldılmışdı. Lakin çox təəssüflər olsun ki, 1992-ci ildə Şuşanı işğal etmiş erməni vandalları Vaqifin abidəsini də, məqbərəsini də dağıtmışdılar, talan etmişdilər. Şuşa işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin ilk göstərişlərindən biri məhz Vaqifin abidəsinin və məqbərəsinin bərpası ilə bağlı oldu. Beləliklə də, qısa zamanda bərpa edilən Molla Pənah Vaqifin abidəsi və muzey-məqbərə kompleksi Qarabağda möhtəşəm bir Azərbaycan möhürünə çevrildi. Heç şübhəsiz ki, Molla Pənah Vaqifin, Üzeyir Hacıbəylinin, xan qızı Natəvanın, Bülbülün abidələrinin, muzeylərinin Şuşa şəhərində yenidən ucaldılması, bərpası Azərbaycan xalqının böyüklüyünün, mətinliyinin, məğlubedilməzliyinin simvoluna çevrilib. Bu gün Şuşada yenidən “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi də rəmzi xarakterli olduğu kimi, həm də siyasi, mədəni-tarixi əhəmiyyət daşıyır”.

Sədaqət Vəliyeva əlavə edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə çox böyük qayğı göstərərək onun inkişafına çalışıb: “Ümummilli Lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi. Bir zamanlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin Vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri haqqında danışan ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirirdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyev də Ulu Öndərimizin vəsiyyətini yerinə yetirərək Şuşanı azadlığına qovuşdurdu, hazırda dirçəldir, bərpa edir, beləliklə də əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başladır”.

Paylaş
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31