Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda ilk dəfə olaraq özəl baytarlıq sistemi fəaliyyətə başlayır

Azərbaycanda ilk dəfə olaraq özəl baytarlıq sistemi fəaliyyətə başlayır

31.08.2021 [11:36]

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkəmizdə özəl baytarlıq xidmətinə start verilir. Bu proses dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar həkimini əhatə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 31-də Bakıda keçirilən brifinqdə Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib.

Sədr qeyd edib ki, ölkəmiz ilk dəfə olaraq özəl baytarlıq sisteminə keçir. Artıq Avropa ölkələrində özəl baytarlıq sistemi fəaliyyət göstərir.

Onun sözlərinə görə, sentyabrın 1-dən bu ilin sonunadək sahə baytarları mərhələli şəkildə əmək müqaviləsi ilə deyil, dövlətlə xidməti müqavilə ilə fəaliyyətə başlayacaq.

Özəl baytarlıq sisteminə keçməklə xüsusi təhlükəli xəstəliklərin vaxtında aşkarlanması və mübarizə tədbirlərinin ləngimədən təşkili mümkün olacaq.

Paylaş
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31