Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nazir: Özəl baytarlıq xidmətinə keçid 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 baytar həkimini əhatə edir

Nazir: Özəl baytarlıq xidmətinə keçid 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 baytar həkimini əhatə edir

31.08.2021 [12:04]

Azərbaycanda son illər davamlı olaraq aqrar siyasət sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədlə ölkəmizdə sentyabrın 1-dən özəl baytarlıq sisteminə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri avqustun 31-də Bakıda keçirilən konfransda kənd təsərrüfatı naziri İnam Kərimov "Ölkədə aqrar sahədə aparılan islahatlar" mövzusunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, özəl baytarlıq xidmətinə keçid ölkədə mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar həkimini əhatə edir. Baytar həkimləri sentyabrın 1-dən bu ilin sonunadək mərhələli şəkildə Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyətə başlayacaqlar.

Qeyd olunub ki, daha keyfiyyətli baytarlıq xidmətinin təşkili nəticəsində ölkədə mövcud olan xüsusi təhlükəli xəstəliklərin sayı və heyvandarlıq sahəsinə dəyən iqtisadi zərər azalacaq.

Paylaş
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31