Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nəriman Həsənzadə: Vaqif Poeziya Günləri hər bir azərbaycanlının taleyində mühüm hadisədir

Nəriman Həsənzadə: Vaqif Poeziya Günləri hər bir azərbaycanlının taleyində mühüm hadisədir

31.08.2021 [12:55]

Şuşada Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi nəinki tərcümeyi-halımızda, hətta taleyimizdə tarixi hadisədir. Erməni işğalı dövründə Şuşada dağıdılmış abidələr bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bərpa etdirilib. Vaqif məqbərəsi yenidən ucalır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Xalq şairi Nəriman Həsənzadə deyib. Heydər Əliyevin təşəbbüsü ilə Şuşada inşa edilmiş Vaqif məqbərəsinin 1982-ci ildə keçirilmiş açılış mərasimində iştirakını xatırladan Nəriman Həsənzadə vaxtilə olduğu kimi, indi də Vaqif Poeziya Günlərinə Azərbaycanının görkəmli insanlarının gəldiyini vurğulayıb.

Nəriman Həsənzadə deyib: “Şuşa qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycan şəhəridir. Şuşanın taleyi Azərbaycanın taleyi oldu. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” fikri tarixi mahiyyət daşıyır. Azərbaycanın taleyi həll olundu. Torpaqlarımız işğaldan azad edildi”.

Prezident İlham Əliyevin Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxışı zamanı söylədiyi “Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq” fikirlərini xatırladan Nəriman Həsənzadə bu tədbirin hər bir azərbaycanlının taleyində mühüm hadisə olduğunu vurğulayıb.

Xatırladaq ki, avqustun 30-dan Şuşada Vaqif Poeziya Günləri başlanıb.

Paylaş
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31