Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Günay Əfəndiyeva: Şuşa yenidən öz tarixi günlərini yaşayır

Günay Əfəndiyeva: Şuşa yenidən öz tarixi günlərini yaşayır

31.08.2021 [13:00]

Bizim hər birimiz, ümumilikdə türk dünyası üçün sevindirici və qürurverici haldır ki, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ, Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa yenidən öz tarixi günlərini yaşayır.

AZƏRTAC xəbər verir ki, bu fikri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib.

“İllər sonra burada Azərbaycanın böyük sənətkarlarının, klassiklərimizin, müasir şairlərimizin şeirləri səsləndirilirsə, Azərbaycan muğamının səsi bütün dünyaya yayılırsa, “Qarabağ şikəstəsi” dinlənildikdə artıq ürək yanğısı deyil fəxarət hissi keçirilirsə, bu o deməkdir ki, Şuşa yenidən öz nəfəsini alır, xoşbəxt günlərinə qayıdır.

Bizə bu Qələbəni bəxş edən, gözəl Qarabağımızı, Azərbaycan mədəniyyətinin incisi Şuşanı bizə qaytaran başda Ali Baş Komandan olmaqla bütün qəhrəmanlarımıza minnətdarıq.

Əminəm ki, yenidən burada bir-birindən gözəl tədbirlər, konsertlər, sərgilər təşkil ediləcək, Qarabağ öz mədəni irsi ilə bir daha dünyanın incilərindən olacaq. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bu səpkidə bir çox layihələrini Azərbaycanın bu dilbər guşələrində keçirəcək”, - deyə G.Əfəndiyeva bildirib.

Paylaş
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31