Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Füzuli rayon təşkilatının VIII hesabat konfrası keçirilib

YAP Füzuli rayon təşkilatının VIII hesabat konfrası keçirilib

31.08.2021 [13:59]

Avqustun 31-də Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının videoformatda VIII hesabat konfransı keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimovanın hesabat məruzəsi dinlənilib. Bildirib ki, rayon təşkilatının VII konfransından keçən 3 ildən artıq müddət ərzində ölkəmizin həyatında mühüm uğurlar əldə edilib, iqtisadi, sosial və digər sahələrdə əsaslı irəliləyişlər olunub, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq nüfuzu xeyli artıb. Bu gün Heydər Əliyev ideyalarının və onun siyası kursunun qətiyyətli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə prezidenti İlham Əliyevin  çoxşaxəli səmərəli fəaliyyəti YAP-ın aparıcı mövqeyini daha da möhkəmləndirir.

Rayon təşkilatının sədri bildirib ki, YAP Füzuli rayon təşkilatının 63 ərazi ilk partiya təşkilatında 6674 üzv var. Onların 1958 nəfərini gənclər, 3099 nəfərini isə qadınlar təşkil edir.

Sonra YAP Füzuli rayon təşkilatının Nəzarət-Təftiş Qrupu sədri Rafiq Məstəliyevin hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı YAP Füzuli rayon təşkilatı İdarə Heyətinin üzvü, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin deputatı Vüqar Bayramov, rayon təşkilatı İdarə Heyətinin üzvləri – təşkilatın sədr müavini Rəfael Zülfüqarov, Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Ramella Məmmədova, rayon təşkilatı Gənclər Birliyinin sədri Aydın Rəşidli hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyevə bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi, malik olduğu təbii sərvətləri, geopolitik üstünlükləri xalqımızın milli sərvətidir və hər bir Azərbaycan vətəndaşı kimi YAP-ın üzvləri də Azərbaycan Respublikasının dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumağı özünün birinci dərəcəli vəzifəsi hesab edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq potensialına, gücünə malikdir.

Ə.Tağıyev yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən də ətraflı bəhs edib, YAP Füzuli rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Konfransda YAP Füzuli rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Paylaş
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31