Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qırğızıstanlı jurnalistlər Cəbrayılda ermənilərin dağıtdıqları qəbiristanlıqda Quran oxuyublar

Qırğızıstanlı jurnalistlər Cəbrayılda ermənilərin dağıtdıqları qəbiristanlıqda Quran oxuyublar

31.08.2021 [14:34]

Avqustun 31-də Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Füzuli rayonundan sonra Cəbrayıla gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici jurnalistlər ermənilər tərəfindən dağıdılan şəhərin qalıqları ilə tanış olublar. Bildirilib ki, işğaldan öncə Cəbrayıl tarixi abidələrin, dini məbədlərin zəngin olduğu məkan kimi, eləcə də səfalı təbiəti ilə tanınırdı. Lakin işğaldan sonra həmin Cəbrayıldan əsər-əlamət qalmayıb, ermənilər buradan müdafiə xarakterli ərazi kimi istifadə edib.

Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri qəbiristanlıqlardan birinə baş çəkib, burada qəbir daşlarının sındırılmasının, qəbirlərin qazılaraq cəsədlərin çıxarılmasının şahidi olublar. Xarici media nümayəndələri bu vandalizmin insanlıqla bir araya sığmadığını vurğulayıblar.

Qırğızıstanı təmsil edən jurnalistlər qəbiristanlıqda Quran oxuyaraq, burada basdırılan Cəbrayıl sakinlərinin, eləcə də şəhidlərimizin ruhuna dualar ediblər.

Qeyd edək ki, səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Hersoqovinadan olan 20-dən çox xarici jurnalist iştirak edir. Məqsəd işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumat toplamaqdır.

Üç günlük səfər zamanı xarici jurnalistlər Şuşa və Gəncədə də olacaqlar.

Paylaş
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31