Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Anadolu Agentliyinin əməkdaşı: Bu cür vəhşilik, barbarlıq edənlər insan ola bilməzlər

Anadolu Agentliyinin əməkdaşı: Bu cür vəhşilik, barbarlıq edənlər insan ola bilməzlər

31.08.2021 [15:00]

Azərbaycana ilk dəfədir gəlirəm. Bu gün işğaldan azad olunmuş ərazilərə səfər etdik. Bu yerlər erməni vandalları tərəfindən viran qoyulub, dağıdılıb. Ermənilər məzarları qazaraq meyitləri çıxarıblar, onların qızıl dişlərini götürüblər.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında işğaldan azad olunmuş Cəbrayıla səfər edən Türkiyənin Anadolu Agentliyinin əməkdaşı Burcu Çalımgöçümlü söyləyib.

“Bu cür vəhşilik, barbarlıq edənlər insan ola bilməzlər. Ümid edirəm ki, buralar yenidən canlanacaq və azərbaycanlıların öz yurdlarında xoşbəxt yaşadıqlarının şahidi olacağıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, avqustun 31-də Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Füzuli və Cəbrayıl rayonlarında səfərdə olublar. Məqsəd işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumat toplamaqdır.

Paylaş
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31