Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə və BƏƏ arasında əməkdaşlığın inkişafı məsələsi müzakirə olunub

Türkiyə və BƏƏ arasında əməkdaşlığın inkişafı məsələsi müzakirə olunub

31.08.2021 [15:07]

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayid Əl-Nəhyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının inkişafı perspektivləri müzakirə olunub. Bu barədə rəsmi “Emirates” agentliyi məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, telefon danışığı zamanı tərəflər əlaqələrin möhkəmlənməsinin iki dövlətin və xalqların mənafeyinə uyğun olduğunu vurğulayıblar. Keçən həftə BƏƏ-nin nümayəndə heyətinin Ankarada apardığı danışıqların da bu istiqamətdə atılmış müsbət addım olduğu qeyd edilib.

BƏƏ-nin vəliəhd şahzadəsi və Türkiyə Prezidenti regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Paylaş
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31