Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Makedoniyalı jurnalist: Ümid edirəm ki, bir daha bu cür vandalizm səhnələri ilə qarşılaşmayacağıq

Makedoniyalı jurnalist: Ümid edirəm ki, bir daha bu cür vandalizm səhnələri ilə qarşılaşmayacağıq

31.08.2021 [15:15]

Ümid edirəm ki, bir daha bu cür vandalizm səhnələri ilə qarşılaşmayacağıq və bölgə çiçəklənəcək, öz inkişaf dövrünü yaşayacaq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında makedoniyalı jurnalist Boyan Stoykovski söyləyib.

Erməni işğalından azad olunmuş Füzuli və Cəbrayıl rayonlarında vandalizm aktları ilə tanış olan makedoniyalı jurnalist deyib: “Geri qayıtdıqdan sonra həm Balkan ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün yazılar hazırlayacağam. Yazılarımda bütün bu vəhşilikləri olduğu kimi qeyd edəcəyəm. Qoy, bütün dünya bu vandalizmi görsün”.

Qeyd edək ki, avqustun 31-də Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Füzuli və Cəbrayıl rayonlarında səfərdə olublar. Məqsəd işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumat toplamaqdır.

Paylaş
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31