Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / FHN-in Türkiyədə meşə yanğınlarının söndürülməsində fərqlənən 90 əməkdaşı təltif edilib - SƏRƏNCAM

FHN-in Türkiyədə meşə yanğınlarının söndürülməsində fərqlənən 90 əməkdaşı təltif edilib - SƏRƏNCAM

31.08.2021 [16:09]

Avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə FHN-in 90 əməkdaşı təltif olunub. Nazirliyin əməkdaşlarından 14 nəfər “İgidliyə görə”, 43 nəfər “Hərbi xidmətlərə görə”, 3 nəfər 2-ci dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, 30 nəfər isə 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Paylaş
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31